Bölgə klubunda növbəti dəyişiklik - Bu dəfə...

27 İyul 2022 22:40 Şamaxı 1 123
Bölgə klubunda növbəti dəyişiklik - Bu dəfə...

"Şamaxı"da dəyişiklər dalğası davam edir.

Öncə "Keşlə" adı "Şamaxı" oldu. Şamaxıya köçürülən komandaya yeni rəhbərlik, yeni məşqçilər, yeni futbolçular gəldi.

Bölgə klubu bu dəfə də forma rənglərini dəyişməyə qərar verib.

Belə ki, Premyer Liqa təmsilçisi hazırda istifadə etdiyi qırmızı və ağ rəngli formalardan imtina etməyə hazırlaşır.

Klubun yeni rəngləri də məlumdur - göy -qırmızı.

Yaxın günlərdə klub tərəfdən bu barədə mətbuata təqdimat keçirilməsi planlaşdırılır.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti