Rəhbərliyi dəiyşən klubda toplantı oldu, bəzi suallar açıq qaldı

24 İyul 2022 09:40 Şamaxı 1 127
Rəhbərliyi dəiyşən klubda toplantı oldu, bəzi suallar açıq qaldı

«Şamaxı» futbol akademiyası iki hissəyə bölünüb.

Adını dəyişərək paytaxtdan əyalətə köçən klubun aşağı yaş qruplarının bir hissəsi Şamaxıda, bir hissəsi də Bakıda fəaliyyət göstərəcək.

13 yaşadək olan komandalar rayonun özündə, ondan yuxarı yaş qrupları respublikanın baş şəhərində mənzillənəcək.

Bununla bağlı məşqçilərə ümumi toplantıda məlumat verilib. Bildirilib ki, klub rəhbərliyi hazırda hüquqi və təşkilati məsələlərlə məşğuldur və yaxın vaxtlarda növbəti mövsümlə bağlı planlar dəqiqləşəcək.

Bura komandaların şəhərin hansı hissəsinə toplanması və maaş fondu daxildir. Məsələ ondadır ki, «Şamaxı» ötən ayın ikinci yarısında «ASK Arena»nı tamamilə tərk edib.

Şağan və Bayıl stadionları, o cümlədən, «Neftçi»nin keçmş bazası – bunlar alternativ variantlar olaraq gözdən keçirilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"