Klubu təhvil verən iş adamı 1 milyonunu nə vaxt geri alacaq?

23 İyul 2022 17:40 Şamaxı 1 048
Klubu təhvil verən iş adamı 1 milyonunu nə vaxt geri alacaq?

“Şamaxı”nın yeni rəhbərliyi klubun Müşahidə Şurasının sabiq sədri Zaur Axundova olan borcunu ödəyəcək.

Söhbət təqribən 1 milyon manata yaxın olan borcdan gedir.

Hansı ki, bu məbləğ 2017-2022-ci illəri əhatə edir. Tanınmış iş adamı həmin müddət ərzində “Şamaxı”ya şəxsi büdcəsindən göstərilən rəqəmdən daha artıq pul xərcləyib.

Sadəcə, o, verdiyi pulun hamısını yox, bir hissəsini geri istəyir. Özü də yeni yönətim borcu bir yerdə qaytarmayacaq. Axundov ona çatacaq vəsaiti cari ilin sonunadək hissə-hissə alacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti