Premyer Liqanın “kasıb”ı bu dəfə “uşaqlar”ı...

23 İyul 2022 21:20 Şamaxı 1 178
Premyer Liqanın “kasıb”ı bu dəfə “uşaqlar”ı...

Ciddi dəyişikliklərə məruz qalan “Şamaxı” Premyer Liqaya hazırlıqlarını məhdud büdcə çərçivəsində davam etdirir.

8 komandan yoldaşlıq görüşləri üçün ölkə xaricinə üz tutduğu halda yalnız “Kəpəz”lə “Şamaxı” bu imkandan məhrum oldu.

“Kasıblar” başının çarəsini Azərbaycanda tapmalıdır. Buradakı komandalarla üz-üzə gəlmək qarşılarına şərt qoyulub.

Çıxılmaz vəziyyətdə qalan baş məşqçilər məhəllə komandası ilə də oynamağa razıdır, təki rəqib olsun.

Toplanış dönəmində Şamaxıda “Turan Tovuz”u qəbul edib qolsuz bərabərə qalan “qırmızılar” ardınca “Dalğa Arena”da “Kəpəz”lə eyni nəticəyə razılaşmışdı.

Cavid Hüseynovun rəhbərlik etdiyi kollektiv növbəti sınaq matçını iyulun 26-da keçirəcək. Bu dəfə rəqib hansısa Premyer Liqa təmsilçisi yox, gənclərdən qurulan Azərbaycanın U19 millisidir.

Oyunun “Dalğa Arena”nın ehtiyat meydanında keçiriləcəyi nəzərdə tutulsa da, başlama saatı müəyyənləşməyib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti