Bölgə klubunun legionerlərə arxa çevirməsinin səbəbi üzə çıxdı – KLUB RƏSMİSİ AÇIQLADI

23 İyul 2022 20:00 Şamaxı 1 295
Bölgə klubunun legionerlərə arxa çevirməsinin səbəbi üzə çıxdı – KLUB RƏSMİSİ AÇIQLADI

“Hazırda düşərgədə legioner yoxdur, olmayacaq da”.

“Şamaxı”nın baş meneceri Kamran İsmayılov Sportinfo.az- a açıqlamasında bölgə təmsilçisinin növbəti mövsüm üçün planlarından danışıb.

Stajlı mütəxəssis hazırda əcnəbi futbolçulara maraq göstərmədiklərini qeyd etsə də, bu halın Premyer Liqanın sonuna qədər davam edəcəyinə əmin olmadığını söyləyib:

“Mövsümə legionersiz başlayacağıq, bu, dəqiqdir. Burada söhbət hansısa qadağadan getmir.

Bu, klub rəhbərliyi ilə məşqçilər heyətinin ümumi müzakirəsindən sonra qəbul edilmiş qərardır. Vəziyyətin bu cür alınmasının da səbəbləri var.

Başlıca səbəb toplanışa gec başlamağımızdır. Belə vəziyyətdə - qaçhaqaçda istədiyimiz keyfiyyətdə legioner tapmaq çətindir.

Digər tərəfdən rəhbərlik və məşqçilər heyəti klubun strategiyasının əsasən yerli futbolçuların üzərindəj qurulmasında maraqlıdır.

Gələcəkdə bəlkə də bu mövzuya qayıdıb əcnəbi futbolçuların transferinə maraq göstərə bilərik. Bu, qış fasiləsində olacaq, yoxsa gələn yay – dəqiq deyə bilmərəm”.

“Şamaxı” Premyer Liqanın 1-ci turunda doğma azarkeşləri önündə “Neftçi”ni qəbul edəcək. Dəqiq tarix açıqlanmasa da, oyunun 5-7 avqust tarixləri arasında keçiriləcəyi məlumdur.

Digər Xəbərlər
Xəbər Lenti