Azərbaycanda kluba 1 gün vaxt verildi – Şələ-külənizi yığışdırın, ayağınız bura dəyməsin

22 İyun 2022 10:40 Şamaxı 1 712
Azərbaycanda kluba 1 gün vaxt verildi – Şələ-külənizi yığışdırın, ayağınız bura dəyməsin

“Şamaxı“FK bu gün “ASK Arena“nı tamamilə tərk edəcək.

Azərbaycan Sənaye Korporasiyası (ASK) klub təmsilçiləri ilə görüşərək, onlara 1 gün vaxt verib.

Tələbə əsasən, stadion və baza axşam saatlarınadək boşaldılmalı və təhvil-təslim aktı imzalanmalıdır.

Əslində, “Şamaxı“lılar mayın 31-də buradan ayrılmalı idi. Sadəcə, yeni məkan axtarışı nəticəsiz qaldığından, onlara əlavə möhlət verilmişdi.

Bu müddət iyulun 1-də başa çatacaqdı, ancaq görünür, arenanı balansına keçirmiş şirkətin daha gözləməyə səbri çatmayıb.

Heydər Əliyev prospektində yerləşən stadion və baza təyinatı üzrə istifadə olunacaq. Böyük idman kompleksin yeni istifadəçisinin kimliyi də məlumdur - “Sabah“.

Azərbaycan Sənaye Korporasiyası ilə “ağ-göylər“ arasında gedən danışıqlar buranın uzunmüddətli icarəyə götürülməsi ilə nəticələnib. “Sabah“ın iyulun 1-dən etibarən “ASK Arena“da məskunlaşmağa başlaması planlaşdırılır.

AFFA “Termist” adlı idman qurğusunun əsasında bu məkanı UEFA-nın ayırdığı vəsait hesabına 2000-ci ildə əsaslı yenidən qurub. Yenidənqurma işləri 4,5 milyon dollara başa gəlib.

2001-ci ildən istifadəyə verilən arena ilk olaraq “Şəfa” adlandırılıb. Arena öncədən milli komandaların təlim-məşq bazası üçün nəzərdə tutulub.

Əsas meydançada milli çempionatın ilk dövrəsində “Olimpik” ev oyunlarını keçirib. 2014-cü ildə stadion “İnter”ə (hazırkı “Keşlə”) 4,25 milyon manata satılıb.

Federasiya bu addımını stadionu öz imkanları hesabına saxlaya bilməməsi ilə əsaslandırıb. Stadionun adı dəyişdirilərək, “İnter”in adına uyğun olaraq "İnter Arena" adı verilib.

2018-ci ilin 20 iyulunda Azərbaycan Sənaye Korporasiyasının balansında olduğu üçün stadiona şirkətin adının baş hərfləri (ASK) verilib və burada “Keşlə” ev oyunlarını keçirib.

Ötən il isə stadionun idarə edilməsi səlahiyyəti “ASK İdman Kompleksi” MMC-dən alınaraq, “ASK Əmlak” MMC-yə verilib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu