Bölgə klubunda "yarpaq tökümü"nə HAZIRLIQ

11 May 2022 23:00 Şamaxı 1 169
Bölgə klubunda "yarpaq tökümü"nə HAZIRLIQ

Uğursuz mövsüm keçirən "Şamaxı"da vəziyyət heç cür düzəlmir.

Sular bulanıqdır, bulanıq.

"Qarabağ"a darmadağından (0-8) sonra baş məşqçi Sənan Qurbanovla yolları ayıran rəhbərlik əvəzedici komandadan Rüstəm Əliyevi boş qalan posta təyin etdi.

Əliyev də qalaq-qalaq problem burulğanından baş çıxara bilmədi. 15 oyundu qələbə üzünə həsrət qalan "Sumqayıt" da "Şamaxı"dan rahatlıqla 3 xalı qopara bildi.

Yəqin ki, mövsüm başa çatan kimi Rüstəm Əliyevlə yollar ayrılacaq. Amma indiki rəhbərlik dəyişməsə, klubdan ayrılan təkcə o olmayacaq.

Belə ki, klubdaxili söz-söhbətlərdən təngə gələn futbolçular bircə xətasız, bəlasız mövsümün sona çatmasını arzulayırlar.

Təklifi olan hər kəs "Şamaxı"dan ayrılmaqda qərarlıdır. Yalnız əlacısız olan, klub tapmayanlar dilini dişinə sıxıb yeni müqaviləyə imza atacaqlar.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti