"Bir hücumçu tapmadıq ki..." - "Şamaxı"nın çalışdırıcısı

9 May 2022 20:30 Şamaxı 610
"Bir hücumçu tapmadıq ki..." - "Şamaxı"nın çalışdırıcısı

"Oyun barədə danışmaq çox çətindir. Komandanın aqressiyası yox idi. Bunun səbəbini bilmirəm. Bir hücumçu tapmadıq ki, son nöqtəni qoysun. Məyusam. Azarkeşlərimizi sevindirə bilmədik. Onlardan üzr istəyirəm".

Sportinfo.az xəbər verir ki, bu sözləri "Şamaxı"nın baş məşqçisi Rüstəm Əliyev Azərbaycan Premyer Liqasının 26-cı turunda "Sumqayıt"a 0:2 hesabı ilə uduzduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.

"Bu oyunda da qələbəyə ümid edirdim. Komandamdan bu oyunu gözləmirdim. Çalışacağıq ki, qələbə qazanıb, azarkeşlərimizi sevindirək" - deyə o bildirib.

Əliyev futbolçuların fiziki durumunun yaxşı səviyyədə olmadığını söyləyib: "20 gündür buradayam. Komandanın fiziki durumu yaxşı deyil. Aqressiv futbol çatışmır. Daxili enerjini göstərməlisən, bu gün onu da göstərə bilmədik".

Digər Xəbərlər
Xəbər Lenti