Bölgə klubunda davam edən müəmmaya AÇIQLAMA GƏLDİ

6 May 2022 23:20 Şamaxı 806
Bölgə klubunda davam edən müəmmaya AÇIQLAMA GƏLDİ

Xəbər verdiyimiz kimi ötən həftədən "Şamaxı"nın iki təcrübəli siması olan Tərlan Quliyev və Tural Axundov baş məşqçi Rüstəm Əliyevin qərarı ilə əvəzedici komandaya göndərilib.

Hər iki futbolçu bu səbəbdən Şamaxıda baş tutan "Səbail"lə görüş üçün də aparılmamışdı.

Bayıl təmsilçisi ilə matçda vərəqə cəzalısı olan kapitan Şəhriyar Əliyev və Franko Flores də yox idi.

Belə məqamda daha iki futbolçunun əvəzedici heyətə göndərilməsi ciddi əsaslardan xəbər verirdi. Ki, belə məqamda hansı məşqçi heyətin daha da zəifləməsinə yol açar axı? Təbii ki, heç kim.

Elə əsl həqiqəti bilmək üçün gənc mütəxəssisin özü ilə əlaqə saxladıq. Əliyev Sportinfo.az-a açıqlamasında mövzu ilə bağlı bunları dedi:

"Onlar hər ikisi də əsas komandanın üzvüdür. Bu ayın sonuna kimi klubla müqavilələri var. Sadəcə, hazırkı hazırlıq səviyyələri qənaətbəxş deyil və buna görə belə qərar vermişəm. Başqa səbəb yoxdur".

Həmsöhbətimiz "Hazırlıq səviyyələri yaxşılaşsa Tərlan və Turalı yenidən əsas komandada görə bilərikmi?" sualına isə qısaca olaraq "İnşallah" deməklə cavabladı.

Digər Xəbərlər
Xəbər Lenti