"Şamaxı" Şamaxıdan imtina etdi – Fərqli məkan üçün AFFA-ya ağız "açdı"

6 May 2022 14:40 Şamaxı 2 681
"Şamaxı" Şamaxıdan imtina etdi – Fərqli məkan üçün AFFA-ya ağız "açdı"

Apreldən "Şamaxı" adını alan klubla bağlı bəzi məqamlara aydınlıq gəlib.

Keçmiş "Keşlə"nin əsas komandasının maydan sonra təmsil etdiyi rayona tamamilə dönməyəcəyi dəqiqləşib.

Kollektiv yenə Bakıda qalacaq, burada məşq edəcək və yalnız ev oyunundan 1-2 gün öncə rayona üz tutacaq.

Bilindiyi kimi, "Şamaxı" mayın 31-də "ASK Arena"nı tərk eləyəcək. Klubun idman mərkəzinin sahibi olan Azərbaycan Sənaye Koorporasiyası ilə müqaviləsi həmin tarixdə başa çatacaq.

Yeni bölgə təmsilçisi hazırda AFFA ilə danışıqlar aparır. "Səbail"in istifadəsində olan "ASCO Arena"da onlara yer ayrılması üçün.

"Şamaxı" yaydan etibarən Bayılda gündəlik hazırlıq keçmək istədiyini federasiyanın diqqətinə çatdırıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti