Millinin futbolçusu müharibə bitənədək Azərbaycanda qalacaq

1 May 2022 00:50 Şamaxı 1 269
Millinin futbolçusu müharibə bitənədək Azərbaycanda qalacaq

“Sumqayıt”ın yolunu gözlədiyi Anatoli Nuriyevin artıq “kimyaçılar”ın düşərgəsinə qoşulduğunu 3 gün əvvəl xəbər vermişdik.

Yığmanın da şərəfini qoruyan Anatoli bu gün “gənclik şəhəri”nin təmsilçisinin heyətində qeyri-rəsmi də olsa debüt etdi.

Qürbətçi-futbolçu U-18-lə yoxlama görüşündə təxminən 60 dəqiqə meydanda oldu. Oyun başa çatandan Nuriyevlə qısaca söhbətləş imkanımız oldu.
- Yeni komandan səni necə qəbul etdi?
- Hər şey yaxşıdı. Andrey Popoviç ilə çoxdan tanışıq. O biri uşaqların da bəzilərini yığmadan tanıyıram. Bu üzdən uyğunlaşma ilə bağlı heç bir çətinliyim olmadı.
- Ukraynadan gedən müharibə səbəbindən artıq 3 aya yaxındı ki, futboldan kənarda qalmısan. Məşqlərə uyğunlaşmaq, oyun ritminə tab gətirmək çətin olmadı?
- Bu gün ilk dəqiqələr bir qədər mənə ağır oldu ki, bu da gözlənilən idi. Dəqiqələr ötdükcə, özümə gəldim. Sona yaxın yenə hiss etdim ki, bir qədər çatdırmıram. İki ay futbolsuz qalmaq, ancaq özün üçün gündə bir saat qaçmaq özünü istər-istəməz göstərdi. Belə deyim, çətin idi, ancaq bunu normal qarşıladım. Ümid edirəm, günlər ötdüksə, əvvəlki formamı bərpa edəcəm.
- Sumqayıt”la müqavilənin müddəti mövsümün sonuna kimi nəzərdə tutulub. Ondan sonra yeni anlaşma imzalamağı düşünürsən, yoxsa bu sualın cavabı Ukraynadakı hadislərin axarından asılıdı?
- Ukraynada vəziyyətin necə olacağından çox şey asılıdı. Orda əminamanlıq olsa, böyük ehtimalla, qayıdacam. Müharibə davam edəcəyi təqdirdə isə karyeramı Azərbaycanda davam etdirməyi düşünürəm.
- Bu arada “Sumqayıt”dan başqa səninlə maraqlanan klub olub?
- Elə bir durum yaranmışdı ki, ölkədən çıxmaq çətin idi. Açığı, bu səbəbdən təklif göndərən olmayıb.
- Qarşıdan yığmanın Millətlər Liqasında oyunları gəlir. İyuna qədər optimal formanı yığa biləcəksən?
- Buna ümid edirəm. Allah qoysa, intensiv məşqlər və çempionat oyunları sayəsində bunu bacara biləcəyimə inanıram.
- Bu gün qeyri-rəsmi də olsa, “Sumqayıt”da ilk oyununu keçirdin. Aleksey Baqanın çalışdırdığı komandanın oyunu barədə fikirlərini bilmək istərdim
- Bu gün özüm meydana çıxsam da, “Zirə” ilə matçı tribunadan izləmişdim. Fikrimcə, həmin oyunu “Sumqayıt” udmalı idi. Ümumi götürdükdə isə normal komandaya gəldiyimi düşünürəm (Futbol+).

Digər Xəbərlər
Xəbər Lenti