“Onunla söhbət edirdim, böyük qardaş kimi bilmədiklərini başa salırdım“

30 Aprel 2022 11:40 Şamaxı 496
“Onunla söhbət edirdim, böyük qardaş kimi bilmədiklərini başa salırdım“

“Abanq komandadakı legionerlərin arasında dostluq etdiyim futbolçulardan idi”.

“Şamaxı”nın qapıçısı Kamal Bayramov Sportinfo.az-a açıqlamasında sabiq komanda yoldaşı Anatoli Abanq haqda danışıb.

Kamerunlu hücumçu 1 il “Şamaxı”nın formasını geyinsə də, ciddi mənada heç nə ilə yadda qalmadı.

Azərbaycanı Birləşmiş Ərəb Əmirliklərinə dəyişəndən sonra isə ulduza çevrildi. Birinci dəstədə mübarizə aparan “Əl-Bataya”da meydana çıxdığı

13 oyunda rəqib qapılarından 14 top keçirməklə komandasının yüksək dəstəyə vəsiqə qazanmasında əsas pay sahibi oldu.

Kamal 26 yaşlı hücumçunun ölkəmizdə parlaya bilməməsinin səbəbini açıqlayıb:

“Onunla oyundan əvvəl də, sonra da söhbət edirdim, böyük qardaş kimi bilmədiklərini başa salırdım. Onda olan futbolçu keyfiyyətlərini görürdüm və bilirdim ki, bacarığından yararlana bilərik.

Sadəcə, şanssızlıq yaşayırdı. Elə futbolçu var ki, burada yaxşı oynayır, başqa komandaya gedib batır. Və ya əksinə“.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”