Argentinalı legioner ikinci dəfə Azərbaycanı tərk etməyə hazırlaşır

29 Aprel 2022 23:00 Şamaxı 947
Argentinalı legioner ikinci dəfə Azərbaycanı tərk etməyə hazırlaşır

Mövsümün sonu "Şamaxı"dan ayrılacaq futbolçulardan birinin kimliyinə aydınılıq gəlib.

Bu, mərkəz müdafiəçisi Franko Floresdir.

Bölgə klubu gələn ay müqaviləsi başa çatacaq legionerlə işbirliyində maraqlı deyil.

Argetinalı oyunçu bu ilin yanvarı "Şamaxı"ya transfer olunmuşdu. Franko arxada qalan müddətdə 12 oyunda "Şamaxı"nın formasın geyinib. O, bu matçlarda 2 sarı və 1 qırmızı vərəqə ilə yadda qalıb.

Bu, Franko Floresin ikinci "Şamaxı" karyerasıdır. Müdafiəçi 2019-ci il komanda "Keşlə"adlanan zaman komandanın ilyarım futbolçusu olub.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti