“O boyda olmağına baxma, cavandır, ağlına gələni danışır”

29 Aprel 2022 21:20 Şamaxı 747
“O boyda olmağına baxma, cavandır, ağlına gələni danışır”

Anatole Abanq saytımıza açıqlamasında “Şamaxı”da özünü göstərə bilməməsinin səbəbi kimi komanda yoldaşlarının ona ötürmə verməməsini qeyd edib.

Burada 1 il keçirən kamerunlu hücumçu kollektivçiliyin olmamasını diqqətə çatdırıb.

“Şamaxı”nın qapıçısı Kamal Bayramov Sportinfo.az-a açıqlamasında afrikalı forvardın bu fikri ilə razılaşmayıb:

“Onun əsas problemlərindən biri şəxsi həyatında müəyyən problemlərin baş qaldırması idi. Həmin problemlər onun oyununa birbaşa təsir edirdi.

Verdiyi açıqlamaya gəlincə, o boyda olmağına baxma, cavandır, ağlına gələni danışır”.

Ötən il Adelya adlı azərbaycanlı qadınla ailə quran və fevralda qız atası olan Anatole Abanq 2021-ci ilin yanvarından dekabrına qədər “Şamaxı”da oynayıb.

O, bu müddətdə bütün yarışlarda 28 qarşılaşmada meydana ayaq basmaqla cəmi 5 qol vurub.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"