Bölgə klubundan milli üzvünə YENİ TƏKLİF var

28 Aprel 2022 23:20 Şamaxı 792
Bölgə klubundan milli üzvünə YENİ TƏKLİF var

Mövsümü boşa verən "Şamaxı" növbəti sezonun planlarını cızmağa başlayıb.

Bu məqsədlə mövsümün sonu müqaviləsi başa çatacaq bəzi futbolçularla danışıqlar start götürüb.

İlk təklif göndərilən futbolçulardan biri isə milli komandamızın da üzvü olan Şəhriyar Əliyevdir.

Rəsmilər Əliyevlə ən azı növbəti sezonun sonuna kimi anlaşmaqda maraqlıdır.

Amma bir neçə yeni "müştərisi" olan təcrübəli oyunçu qərar verməkdə tələsmir. Onun aramlığına səbəb ona digər əsas amil isə kollektivdə hökm sürən qeyri-müəyyənlikdir.

Yəqin ki, 29 yaşlı müdafiəçi ilə bağlı duruma yalnız mövsümün sonu aydınlıq gələcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu