AFFA-nın "ədalət tərəzisi" - "Keşlə"yə 5 milyon, "Turan" və "Kəpəz"ə 500 min?

27 Aprel 2022 23:20 Şamaxı 1 296
AFFA-nın "ədalət tərəzisi" - "Keşlə"yə 5 milyon, "Turan" və "Kəpəz"ə 500 min?

İllərdi böyük futbolun bölgələrə yayılmasının vacibliyi barədə yazırıq, danışırıq.

Nəhayət, növbəti mövsüm futbol ictimaiyyətinin bu arzusu həyata keçəcək. Belə ki, Premyer Liqada klub sayı məhz iki bölgə klubunun sayəsində artırılacaq.

Bu komandalar "Turan Tovuz" və "Kəpəz" kollektivləridir. Amma deyəsən, elə sevincimiz bu kollektivlərin Birinci Divizonu Premyer Liqaya dəyişməsindən ibarət olacaq.

Komandaların gücü, potensialı isə divizionda olduğu kimi də qalacaq. Hər halda bunu federasiyanın adıçəkilən klublara ayıracağı büdəcədən hiss etməmək mümkün deyil.

AFFA hər iki komandaya da cəmi 500 min manat büdcə ayırmaq niyyətindədir. Bu pulla isə, ancaq divizion səviyyəsində komanda yaratmaq olar. Belə komandanın Premyer Liqada nə işi var axı?

Belə büdcə ayrılacaqdısa, belə təmtəraqlı təqdimat, ajotaj nəyə lazım idi?

Yenə paytaxtda qərar tutan "Səbail"ə, pulları illərdi havaya sovuran "Şamaxı"ya ("Keşlə") diqqət daha çox olacaq. Hə, pul olmasa, deyərəm ki, yoxdu. Yoxa lənət oxuyuyub, 500 minə də şükür edərdik.

Pul yoxdusa, bəs neçə illərdi "Keşlə"yə (İndiki "Şamaxı") minimum 5 milyon necə, haradan ayrılırdı?

Bu necə ədalətdir axı? Niyə "Keşlə"yə 5 milyon, "Turan Tovuz"a və "Kəpəz"ə gələndə 500 min manat?

Belə yanaşma, belə ədalətlə bölgələrə daşınan böyük futbol inkişafa təkan ola bilməz. Heç sevinməyə də dəyməz. Bunun tək adı var - YOLA VERMƏK!

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti