“Şamaxı”da elə şeylər yaşanır ki... ACI FAKTLAR

27 Aprel 2022 20:00 Şamaxı 1 139
“Şamaxı”da elə şeylər yaşanır ki... ACI FAKTLAR

Ardıcıl uğursuz nəticələrdən sonra Sənan Qurbanov “Şamaxı”dakı baş məşqçi postundan istefa verdi.

Onun yerinə gələn Rüstəm Əliyevin vəziyyəti yaxşıya doğru dəyişəcəyinə ümid edənlər gümanında yanıldı.

“Qırmızılar” “Sabah”a 1:5 hesabı ilə uduzdu, bundan sonra nələrin yaşanacağını zaman göstərəcək.

“Şamaxı”nın dərdi baş məşqçi və futbolçu dərdi deyil. Problem “yuxarı”dadır. Məşqçi və futbolçu heyətini həvəsdən salan, işdən soyudan başbilənlərin kluba və işə olan münasibətidir.

Hər şey ötən il qazanılan kubokdan başlayıb. Qənimətin əldə olunmasına görə heyətə 200 min manat mükafat söz verilib.

Yaya qədər verilməliymiş. Yay olub qış, qış olub yaz, puldan xəbər yoxdur. Bir nəfər ortalığa çıxıb söz demir. Futbolçular yalanın fərqindədir.

Bunu qoyaq bir tərəfə. Klub rəhbərliyi 2022-ci ildə bir dəfə də olsun komandanı bir araya gətirməyib.

Komandaya tez-tələsik Şamaxıya göndərildi, uğursuzluqlar sıralandı, di gəl, kollektivi yığıb iclas edən tapılmır.

Klubda əsas söz sahibləri çoxdur, amma konkret iş görməyə gələndə hamı Zaur Axundovu nişan verir. Axundovu görənə isə hədiyyə söz verilib.

Ən vacib məsələ klub və komanda daxilində araqatanların olmasıdır. Bu gün “Şamaxı”nın ştat cədvəlində futbol adına heç nə etməyib ortalıqda dolaşan N qədər adam var.

Onların kimliyini həmin şəxsləri işə götürənlər yaxşı bilir. Məqsədləri şəxsi maraqlara xidmət etmək, kimisə aradan götürmək, kiməsə yol açmaqdır.

Komandada iş o yerə çatıb ki, dost dostun yanında söz danışmağa qorxur. Burda danışılan söz 5 dəqiqədən sonra rəisin kabinetindədir. Həm də olduğu kimi yox, üstünə 5-ni artıq qoymaqla.

Qısası, “Şamaxı”nın dərdi meydandan kənarda oynanılan oyunlardır, futbol yox.

Rəhbərlik ciddi islahatlara əl atıb daxildəki ab-havanı dü zəltməsə, bu, belə də davam edəcək. Əsl həngamə isə komanda Şamaxıya köçəndən sonra başlayacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"