Zaman gedir, məşqçilər dəyişir, pullar havaya sovrulur, amma...

27 Aprel 2022 20:40 Şamaxı 663
Zaman gedir, məşqçilər dəyişir, pullar havaya sovrulur, amma...

Günahkar kürsüsünə otuzdurulub istefaya göndərilən Sənan Qurbanovdan sonra "Şamaxı" ilk matçını "Sabah"a qarşı keçirdi.

Bu dəfə kollektivi meydana yeni baş məşqçi Rüstəm Əliyev çıxarmışdı. Amma 90 dəqiqə göstərdi ki, dəyişən sadəcə baş məşqçinin adlarıdır.

"Ağdamlılar"a 8-0 uduzan bölgə klubu bu dəfə qapısından 5 top buraxdı. Belə yerdə yaxşı sual yaranır ki, bəs bu dəyiş-düyüş nəyə lazım idi?

Hə, kimsə iddia edə bilər ki, Rüstəm müəllim yeni gəlib, hələ zaman lazımdır.

Vallah-billah bu söhbətlər boş vaxt itkisindən başqa bir şey deyil. Bu komandanın görüb-görəcəyi dəyişiklik elə bu olacaq - ötən tur 8, bu tur 5 top buraxmaq. 3 qolluq fərq azdı bəyəm?

Yox, siz normal sistem, sabit nəticələr, uğurlu komanda modelini hazırkı "Şamaxı"da görmək istəyirsinizsə, bu işlər Sənan-Rüstəm dəyiş-düyüşləri ilə olası deyil, qardaşlar. Bunun üçün rəhbərlik dəyişməli, komandanın başına normal sistem quracaq, hərcmərcliyi aradan qaldıracaq sanballı rəhbər gəlməlidir.

O isə gəlməsi müzakirə belə olunmur. Çünki, yuxarıda sadaladığımız normal gedişat hazırkı rəsmilərə lazım deyil. Yəqin ki, indi də oturub növbəti məşqçinin kimliyini müzakirə edirlər.

Zaman gedir, məşqçilər dəyişir, pullar hava sovrulur və dəyişən nəsə yoxdur. Görüm, işiniz heç avand olmasın..

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı