AFFA Divizionda çıxış edəcək klublara böyük maliyyə ayırmaq istəyir

25 Aprel 2022 23:40 Şamaxı 1 031
AFFA Divizionda çıxış edəcək klublara böyük maliyyə ayırmaq istəyir

Növbəti mövsüm I Divizionda mübarizə aparacaq klublar AFFA-dan ciddi maliyyə dəstəyi alacaq.

Bu barədə Sportinfo.az-a federasiyadan bildirilib.

Redaksiyamıza verilən məlumata görə, hazırda bununla bağlı müəyyən işlər görülür.

Belə ki, AFFA aşağı dəstəyə titul sponsoru olmağa namizəd bir neçə şirkətlə danışıqlar aparır. Onlardan biri xarici brenddir.

Maddi dəstək Premyer Liqa təmsilçilərinin əvəzedici komandalarına şamil olunmayacaq. AFFA neçə ildir onların hər birinə 50 min manat ayırır.

Bəlli olduğu kimi, hazırda I Divizionda yarışıan iştirakçılardan yalnız AFFA-dan dotasiya almır. Bunlar «Qaradağ Lökbatan» və MOİK-dir.

Digər klublardan «Turan Tovuz»la «Kəpəz»i, böyük ehtimalla, növbəti mövsümdə Premyer Liqada görəcəyik.

Qalır «Zaqatala» və Region Liqasından I Diviziona gələcək bölgə nümayəndələri. AFFA yardım paketini əsasən onlar üçün nəzərdə tutub.

Digər Xəbərlər
Xəbər Lenti