"Belə məğlubiyyət gözləmirdik" - "Şamaxı"nın baş məşqçisi

24 Aprel 2022 21:25 Şamaxı 659
"Belə məğlubiyyət gözləmirdik" - "Şamaxı"nın baş məşqçisi

“Şamaxı”nın yeni baş məşqçisi Rüstəm Əliyev Azərbaycan Premyer Liqasının 24-cü turunda "Sabah"a 1:5 hesabı ilə uduzduqları matçdan sonra keçirilən mətbuat konfransında görüş haqqında fikirlərini bölüşüb.

Sportinfo.az xəbər verir ki, mütəxəssis debüt matçındakı məğlubiyyətin səbəbini belə izah edib: “Açığı, belə məğlubiyyət gözləmirdik. Düzdür, bir həftədir komandaya təyin olunmuşam. Futbolçularla söhbətimiz oldu, həftəiçi canla-başla məşq etdilər. Qələbə qazanmaq istəyirdik. Komandadan ən azı heç-heçə gözləyirdik. Etiraf etməliyəm ki, belə məğlubiyyət acıdır. Rəqib də yaxşı komandadır. Hazırkı baş məşqçiləri gəldikdən sonra böyük dəyişliklər olub, avrokuboklara iddia edirlər”.

Digər Xəbərlər
Xəbər Lenti