İngiltərəli hücumçu bölgə klubunu "Neftçi"yə dəyişir? - AÇIQLAMA

23 Aprel 2022 23:20 Şamaxı 1 255
İngiltərəli hücumçu bölgə klubunu "Neftçi"yə dəyişir? - AÇIQLAMA

Qış fasiləsində "Şamaxı"nın heyətinə qatdığı Nathan Oduva qısa müddətdə diqqətləri üzərinə çəkməyi bacardı.

Artıq onunla bir neçə digər Premyer Liqa klubunun maraqlandığı mətbuatda çıxan xəbərlər arasındadır. Hətta həmin klublardan birinin "Neftçi" olduğu da deyilir. "Şamaxı" özü də futbolçu ilə müqaviləni uzatmaqda maraqlıdır.

26 yaşlı forvardın gələcəyi ilə bağlı son durumu bilmək üçün bölgə klubunun mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədovla əlaqə saxladıq.

Klub rəsmisi sorğumuza cavab olaraq bunları dedi: "Doğrusu, onun bizimlə mövsümün sonunadək müqaviləsi var. Amma hazırda onun bizdə qalıb qalmayacağını dəqiq deyə bilmirəm. Konkret fikir bildirmək indi tezdir. Yeni nəsə xəbər olsa, açıqlayarıq".

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti