Bölgə klubunda davam edən hərcmərclik

21 Aprel 2022 23:20 Şamaxı 675
Bölgə klubunda davam edən hərcmərclik

"Keşlə"nin "Şamaxı" olmasından sonra yığılıb qalan çox sayda cavabsız suallar vardı. Komandanın gələcəyinin necə olacağı ilə bağlı rəhbərlik, baş məşqçi belə xəbərsiz idi.

İndi isə problem üstünə daha bir problem gəldi. "Qarabağ"a darmadağından (0-8) sonra Sənan Qurbanovun istefa verməsi səbəbindən baş məşqçi kreslosu boşalmış oldu.

Düzdü, müvəqqəti olaraq Rüstəm Əliyev təyinat alıb. Amma sirr deyil ki, yollar onunla ən yaxşı halda mövsümün sonuna kimi davam edəcək. Yeni mövsümə bölgə klubunun kimlə başlayacağı hələ də cavasızdır.

Bu qədər cavabsız suallardan ən çox əziyyət çəkən isə futbolçulardır. Demək olar bütün oyunçularla müqavilə mayda başa çatır. Bəzilərinə rəhbərlikdən yeni müqqavilə təklifi də olub. Amma qarşı tərəf cavab verməkdə tələsmir. Ki, klubun gələcəyi ilə bağlı qaranlıq sualların aydınlanmasını gözləyirlər.

Təbii ki, aralarında bu qədər qeyri-peşəkar idarə olunan klubda gələcəyini görməyənlər daha çoxdur. İlk münasib təklif də rəhbərliyə "sağ ol" deməyə hazırdılar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!