Yeni baş məşqçi: "0:8-dən sonra “Şamaxı”da ab-hava normaldır"

20 Aprel 2022 23:00 Şamaxı 814
Yeni baş məşqçi: "0:8-dən sonra “Şamaxı”da ab-hava normaldır"

"Qarabağ"la oyunda yaşanan darmadağından (8-0) sonra "Şamaxı"da baş məşqçi istefası reallaşdı.

Sənan Qurbanov ağır məğlubiyyətdən sonra getməyə qərar verdi.

Qısa müddət sonra rəhbərlik boş qalan postu əvəzedici komandanın çalışdırıcısı Rüstəm Əliyevə tapşırdığını açıqladı.

Sportinfo.az-a açıqlama verən gənc mütəxəssis verilən qərarın onun üçün gözlənilməz olduğunu dilə gətirib:

"Rəhbərlik mənə böyük etimad göstərdi. Təyinatım özüm üçün də gözlənilməz oldu. Ümidləri doğrutmağa çalışacam. İki gündü komandanı məşqə çıxarıram.

Kollektiv məni yaxşı qarşıladı. Futbolçularla anlaşmamız yaxşıdır. Ümid edirəm ki, belə yaxşı münasbət oyunlarımızda nəticələri də müsbət tərəfə dəyişəcək".

Komanda son oyunda "Qarabağ"dan acı məğlubiyyət alıb. Yəqin ki, ab-hava yerində deyil.

Həmsöhbətimiz "Belə mənfi psixoloji durumdan kollektivi çıxartmaq çətin olmayacaqamı?" sualına belə cavab verib:

"Ab-hava artıq normaldır. Futbolçular qarşıdakı oyunlara kökləniblər. Düşünürəm ki, komanda öz oyunun sərgiləyə biləcək".

XANOĞLAN

Digər Xəbərlər
Xəbər Lenti