Axundov 1 ayın borcunu "bağladı", AFFA hələ də "yatır"

20 Aprel 2022 15:00 Şamaxı 804
Axundov 1 ayın borcunu "bağladı", AFFA hələ də "yatır"

«Keşlə» adından imtina edib, Bakıdan əyalətə köçən «Şamaxı»da maliyyə problemi hələ də həllini tapmayıb.

AFFA sonuncu dəfə yanvar ayının ödəməsini edib.

Həmin vaxtdan bu yana federasiyaya bir neçə dəfə müraciət olunub, fəqət, qarşı tərəf kluba çatası vəsaiti köçürməyi müxtəlif bəhanələrlə yubadır.

İndi bütün yük Müşahidə Şurasının sədri Zaur Axundovun üzərinə düşüb. İş adamı əsas komandanın fevral ayına olan maaş borcunu şəxsi vəsaiti hesabına bağlayıb.

I Divizionda çıxış edən əvəzedicilər isə həftəsonunadək məvaciblərini alacaq. Əsas problem akademiya ilə əlaqədardır.

Axundovun uşaq futbol məktəbinin xərcini qarşılamağa artıq imkanı çatmır. Əlbəttə, bütün bu problemləri təkbaşına yoluna qoymaq çətinlir.

AFFA rəhbərliyi bunu bilir. Gəl ki, onlardan bir tərpəniş yoxdur, sanki.nəyisə gözləyirlər.

Güman ki, elə Zaur Axunlovun klubu qoyub getməsini. Çünki fedherasiyanın tanınmış iş adamına xeyli borcu yığılıb qalıb, onu da uzun müddətdir qaytarmırlar.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı