Qurbanov BİABIRÇI GECƏyə görə istefa vermək istəməyib, ona deyiblər ki…

19 Aprel 2022 15:00 Şamaxı 1 569
Qurbanov BİABIRÇI GECƏyə görə istefa vermək istəməyib, ona deyiblər ki…

"Şamaxı"nın baş məşqçisi vəzifəsindən ayrılan Sənan Qurbanov peşəkar karyerasında ən pis nəticə ilə qarşılaşıb.

Onun komandası son olaraq "Qarabağ"a 0:8 hesabı ilə uduzub.

Nəticədə indiyədək “Qəbələ” və “Şamaxı”da baş məşqçi işləyən Sənan Qurbanov karyerasının ən ağır yenilgisini alıb.

Amma o, bundan sonra da işini davam etdirmək niyyətində olub. Suraxanıdakı matçın ardından paltardəyişmə otağına yollanan çalışdırıcı futbolçulara öz iradlarını bildirmək istəyib.

“Şamaxı”da aylıq maaşı 7000 manat olan Qurbanov rəhbərliyin qərarını gözləmirmiş… “Yuxarı“dan gələn zəngdən şok keçirən baş məşqçiyə bildirilib ki, buranı birdəfəlik tərk etsin.

Bununla belə, kiçik təsəllisi var – rəhbərlik aprel ayının məvacibini ona ödəyəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı