Əyalətə köç edən klub iki yerə “parçalandı” – SON DƏQİQƏ

18 Aprel 2022 20:40 Şamaxı 5 563
Əyalətə köç edən klub iki yerə “parçalandı” – SON DƏQİQƏ

Adını dəyişərək Bakıdan Şamaxıya köçən “Şamaxı” mayın 31-də “ASR Arena”nı tamamilə tərk edəcək.

Klubun idman mərkəzinin sahibi olan Azərbaycan Sənaye Koorporasiyası ilə müqaviəsi həmin tarixdə başa çatacaq.

İndi maraq doğuran sual odur ki, sabiq “bankirlər”ın akademiyasının aqibəti necə olacaq? “Şamaxı”nın uşaq futbol məktəbi təmsil etdiyi rayonda məskunlaşacaq, yoxsa fəaliyyətini dayandıracaq?

Uşaqların böyük əksəriyyəti Bakıdan olanlardır ki, futbolla məşğul olanlar həm də orta məktəblərdə təhsil alır. Onlar da Şamaxıya köç etməli olsa, təhsil problemi necə həll olunacaq?

klub rəhbərliyi bu yöndə əməli fəaliyyətə start verib. Klubun idman direktoru, daha dəqiq desək, aşağı yaş qruplarından ibarət komandaların əlaqələndiricisi Vəli Qasımov artıq xeyli vaxtdır Şamaxıdadır.

Həftənin çox hissəsini sözügedən bölgədə keçirən ötənlərin məşhur futbolçusu Şamaxıda və Qabostanda məşqçilik bacarığı olan məşqçilərlə görüşür, onlardan yerli potensiallı futbolçular haqda bilgilər toplayır.

Artıq iki şamaxılı məşqçi kluba işə götürülüb. Məşqləri əsasən Qasımovun özü keçir, həmin iki nəfər ondan həm təcrübə toplayır, həm Vəli bəyin işini asanlaşdırmaq üçün kömək edir.

Mütəxəssislərin hazırlıq keçdiyi uşaqlar da Şamaxıdan və kəndlərdən olanlardır.

Bu yöndə sürətli iş aparılır ki, yaya qədər gənc və yeniyetmə futbolçuların, eləcə də məşqçilərin say artımına mütləq müşahidə edəcəyik.

Klubdan aldığımız yeni məlumata görə, akademiya iki yerə “parçalanacaq”. 9-14 yaş qrupları üzrə komandalar Şamaxıda fəaliyyət göstərəcək.

15-19 yaşarası qrupıar, o cümlədən, əvəzedici heyət yenə paytaxtda məskunlaşacaq.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı