Premyer Liqa klubunda 4 legionerlə bağlı YENİ QƏRAR

26 Yanvar 2022 11:40 Şamaxı 951
Premyer Liqa klubunda 4 legionerlə bağlı YENİ QƏRAR

Qış təlim-məşq toplanışını Bakıda davam etdirən "Keşlə"də baxışda olan əcnəbilər barədə məlumat vermişdik.

Baş məşqçi Sənan Qurbanov məşqlərə qoşulan 4 legionerlə bağlı qərarını verib.

Gənc mütəxəssis dünən "Kəpəz"lə qolsuz bərabərliklə bitən yoldaşlıq görüşündə iranlı müdafiəçi və braziliya vingerdən razı qalmayıb. Hər iki futbolçu artıq vətənlərinə yola salınıb.

Digər iki əcnəbi ilə bağlı isə yaxın günlərdə qərar veriləcək. Qanalı hücumçu və ingiltərəli vingerin performansı baş məşqçidə müsbət fikir formalaşdıra bilib. İndi qalır futbolçular müqavilə şərtlərində razılıq əldə edilməsi.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti