"Klub daxilində söz-söhbətlərin olması sonda nəticələrə təsir edir" - ACI ETİRAF

12 Yanvar 2022 22:40 Şamaxı 636
"Klub daxilində söz-söhbətlərin olması sonda nəticələrə təsir edir" - ACI ETİRAF

"Keşlə"nin üzvü Tərlan Quliyev Sportinfo.az-a açıqlama verib.

Təcrübəli oyunçu komandasının mövsüm arxada qalan bölümündəki çıxışını dəyərləndirib: "Mövsümün ilk yarısında stabil çıxış etməməyimizin səbəbləri çoxdur. Zədəli oyunçularımızın çoxluğu, klubdaxili söz-söhbətlərin olması sonda nəticələrə təsir edir. Ən xırda detal belə önəmlidir. Oyun baxımından heç kimdən geri qalmırıq.
Təbii ki, "Qarabağ"ı kənara qoyuram. O komanda ölkənin brendidir. Hətta "Qarabağ"a da minimal hesabla uduzmuşuq. Yəni ən azından vuruşduq. Qalan bütün rəqiblərə qarşı oyunda üstün tərəf biz olmuşuq".

Quliyev bütün səhvləri unudub mövsümün ikinci yarısı üçün hazır olmağa çalışacaqların dilə gətirib: "Məncə, hazırkı heyətlə daha çox xal yığa bilərdik. İnşallah, fasilə müddətində ilk yarıda etdiyimiz səhvləri aradan qaldırmalıyıq. Tək futbolçular yox, bütün komanda olaraq elədiyimiz səhvləri kənara qoyub, mövsüm ikinci yarısına yüksək səviyyədə hazırlaşmalıyıq".

Digər Xəbərlər
Xəbər Lenti