Bakıda qalan imkansızlar - Yanvarın 18-də və 24-də

12 Yanvar 2022 17:00 Şamaxı 688
Bakıda qalan imkansızlar - Yanvarın 18-də və 24-də

Premyer Liqada iştirak edən 8 komandadan 6-sı təxminən 2 həftə Antalyanın havasını udacaq.

Yerdə qalan 2 komanda – “Keşlə” ilə “Səbail” Bakıdan çıxmaqdan məhrum olub. Səbəb pulsuzluqdur.

Ölkə kubokunun son sahibi təlim-məşq toplanışına yanvarın 6-da start verib. Çalışmalara Bakıda start verən “qırmızılar” yanvarın sonuna qədər paytaxtda hazırlıq keçəcək.

Komanda tam tərkibdə məşq edir ki, hazırlıqlar gündə bir dəfə olmaqla “ASK Arena”da davam etdirilir.

Bəzi futbolçularda xəstəlik, bəzilərində mikrozədələr müşahidə olunsa da, bu, qısa müddəti əhatə etdiyindən ciddi narahatlıq yoxdur.

“Keşlə” bu müddətdə iki yoldaşlıq görüşündə qüvvəsini sınayacaq. Biri yanvarın 18-də olacaq, o biri 24-də. Hər nə qədər maraqlı səslənsə də, hər iki halda rəqib “Səbail” olacaq.

İlk oyunun “Dalğa Arena”da, ikincisi Bakı Olimpiya Stadionunun ehtiyat meydanında keçirilməsi nəzərdə tutulub.

Qış toplanışını yanvarın 30-da başa vuracaq keşləlilər, fevralın 1-də Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində “Qarabağ”la üz-üzə gələcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı