Azərbaycanda klub tapmadı, Avropaya yollanır - AÇIQLADI

6 Yanvar 2022 21:00 Şamaxı 1 457
Azərbaycanda klub tapmadı, Avropaya yollanır - AÇIQLADI

“Keşlə” ilə müqaviləsinin müddəti dekabrda başa çatan Anatoli Abanqın Azərbaycanda qalmaq arzusu puça çıxıb.

Yerli klublar 25 yaşlı hücumçunun xidmətində maraqlı deyil.

Səbəb sadədir. Kamerunlu “Keşlə”də top qovduğu müddətdə intizama əməl etməyən futbolçu kimi ad çıxarıb.

Cari mövsümün ilk yarısında 2 qırmızı vərəqə alması bunun sübutudur.

Azərbaycanlı xanımla evləndiyinə görə azı yaya qədər burada qalmaq istəyən kamerunlu artıq xaricə boylanır. Əlaqələrini işə salıb Bakıdan çıxmağın yollarını axtarır.

Abanq Sportinfo.az-a verdiyi açıqlamada gələcəyi ilə bağlı bunları deyib:

“Avropadan bir neçə təklif almışam. Hazırda onları gözdən keçirməklə məşğulam. Götür-qoy edəndən sonra uyğun birini seçəcəyəm. Məqsədim yüksək dəstədə oynamaqdır.

Bakıda qalmağımda əsas səbəb Yeni ili xanımım və dostlarımızla birgə qarşılaşamaq idi. İndi isə “Keşlə”dən almalı olduğum sənədi gözləyirəm. “Keşlə” ilə tam vidalaşandan sonra Avropaya yollanacağam”.

Anatoli Abanq 2021-ci ilin yanvarından dekabrına qədər “Keşlə”nin formasını qoruyub ki, bu müddətdə 28 oyunda 5 qola imza atıb.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı