Paytaxt klubunun hücumçu istəyi niyə gecikir?

5 Yanvar 2022 23:40 Şamaxı 774
Paytaxt klubunun hücumçu istəyi niyə gecikir?

Anatoli Abanqla başa çatan müqaviləni yeniləməyən "Keşlə"ə hələ də onun yerini doldurmaqda çarəsizdir.

Baş məşqçi Sənan Qurbanov israrla həmin mövqeyə legioner transferi istəyir.

Amma bunun üçün ayrılan pul çox azdır. Ucuz legionerlərlə bağlı seçimində isə Qurbanov tələsmək istəmir.

Çünki yayda həmin tələskənlik ona az baş ağrısı olmamışdı. Düzdü, yekunda ucuz qiymətə alınacaq transferə qane olmaqdan başqa yol yoxdur.

Amma gənc mütəxəssis bir qədər gözləməklə heç olmasa onların arasındakı ən yaxşını seçməyə çalışır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti