Paytaxt klubunun lideri işıqlı gələcəkdən ümidini üzməyib: "ƏRİDƏRİK"

26 Dekabr 2021 17:00 Şamaxı 773
Paytaxt klubunun lideri işıqlı gələcəkdən ümidini üzməyib: "ƏRİDƏRİK"

Ötən mövsüm ölkə kubokuna sahib çıxıb, yayda ölkəmizi Konfrans Liqasında təmsil edən “Keşlə“ Premyer Liqadpa 14 turdan sonra aktivinə cəmi 14 xal yazıb.

İndiki halda onları avrokuboklara vəsiqə verən sonuncu yerdən 8 xal ayırır.

Maraqlıdır ki, komandanın lideri Şəhriyar Əliyev buna görə üzülmür. 29 yaşlı müdafiəçi Sportinfo.az-a açıqlamasında sona qədər mübarizə aparacaqlarını bildirib:

“Əslində, 14 yox, azı 20 xalımız olmalıydı. Sadəcə, bəzi oyunlarda lazımsız xallar itirdik. Qırmızı vərəqələrimiz oldu, yersiz səhvlərimiz, bəzi matçlara itkilərlə çıxdıq.

Onu da unutmayaq ki, yayda komandada ciddi dəyişikliklər edilmişdi. Yenilərin komandaya uyğunlaşması da hardasa özünü göstərirdi.

İnşallah, qış fasiləsində heyət güclənər və çempionatın ikinci yarısında daha yaxşı nəticələr qazanmaqla əsas rəqiblərimizlə xal fərqini “əridərik”.

Digər Xəbərlər
Xəbər Lenti