"Keşlə"nin futbolçusunun zindan həyatı və etirafları - VİDEO

26 Dekabr 2021 13:20 Şamaxı 1 351
"Keşlə"nin futbolçusunun zindan həyatı və etirafları - VİDEO

"Keşlə"nin sabiq futbolçusu Miqdar Məmmədov haqda videoreportaj hazırlanıb.

Sportinfo.az xəbər verir ki, o, İran vətəndaşlarına qarşı quldurluq etməkdə təqsirləndirilən Orxan Atayev və Məhərrəm Məhərrəmovla birgə həbs olunub.

Adıçəkilən şəxslər kafedə yeyib-içərkən İran vətəndaşı Murtəza Azər və Bakı sakini Sədi Məmiyev onları daha yaxşı əylənə biləcəkləri bir məkana aparmalarını istəyiblər.

Əvəzində gənclərin hesabını da ödəyəcəklərini deyiblər. Növbəti məkanda davam edən əyləncənin hesabı 750 manat olub. İran vətəndaşı buna etiraz edib və yalnız özü ilə dostunun hesabını ödəyib.

M.Məhərrəmov isə telefonunu girov qoyaraq hesabı ödəmək üçün pul gətirməyə gedib. Hesabı verdikdən sonra kafedən bir yerdə çıxıblar. Fatmayı qəsəbəsində Murtəza Azərə və Sədi Məmiyevə zor tətbiq edərək, 750 manat pullarını alıblar.

Məhərrəm Məhərrəmov “Keşlə” ilə yanaşı, 17 yaşlılardan ibarət yığmada çıxış edib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M.Məhərrəmov və O.Atayev 8 il, M.Məmmədov isə 4 il müddətinə azadlıqdan məhrum edilib.

Onlar apelyasiya şikayəti verərək cəzanın yüngülləşdirilməsini istəyiblər. Bakı Apelyasiya Məhkəməsinin hakimi Mirzəli Abbasovun icraatında olan prosesdə hökm dəyişdirilib.

Onların ittiham edildiyi quldurluq maddəsi soyğunçuluq maddəsinə tövsif edilib. N.Məmmədovun cəzası 2 ilə, digərlərinki isə 3 il 6 ay müddətə endirilib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!