Çörək yediyi qabı dirsəyi ilə yana itələyən hücumçu – Onu tez qovun, getsin!

5 Dekabr 2021 20:20 Şamaxı 1 580
Çörək yediyi qabı dirsəyi ilə yana itələyən hücumçu – Onu tez qovun, getsin!

Sənan Qurbanovda cəsarət varmı?

Bilmək və görmək istərdim.

Anatole Abanqın üstündən. Ayda, ildə bir dəfə qol vuran kamerunlu elə zənn edir ki, nəinki komandasının, Premyer Liqanın ən yaxşı hücumçusudur.

İlboyu «yatan» Abanq indi ayılıb ki, müqaviləsi başa çatır, «qol orucu»nu pozmaq lazımdır. 2021-ci ili başdan-başa «Keşlə»də keçirən bu forvard hazırkı klubundan yeni təklif almayıb.

Onunla maraqanan başqalarıdır və Abanq istər idarçilərə, istərsə də baş məşqçiyə «təşəkkür»ünü bu cür bildirməyi özünə yaraşdırır – çatan-çatana dirsək atmaqla.

Afrikalı bundan sonra hara gedir-getsin, lap Azərbaycanda qalsa belə, hücumçu yox, «dirsək atan»» kimi xatırlanacaq. Gör, artıq neçənci dəfədir idmançıya yaraşmayan hərəkətlərə yol verir.

Elə oyun olmur ki, rəqib futbolçuların üzünü və mədə boşluğunu «nişan almasın». Hakimlər bəzən ona güzşətə gedir, çox vaxt isə epizodu gözdən qaçırırlar.

Abanq əksər hallarda topsuz hərəkətdə olarkən, qolunu «işə salır» və bunu elə edir ki, heç referinin ruhu da incimir. Hakim bir də baxır ki, futbolçulardan kimsə yerə sərilib.

Abanq bir «Zirə» ilə oyunda dirsək zərbəsindən istifadəyə görə qırmızı vərəqə almışdı, bir də «Səbail»lə son qarşılaşmada. Canını yaxşı qurtarıb deyə bilərik.

O ki hər dəfə qol vurmaqdan daha çox, rəqibə dirsək ilişdirməyi lazım bilir, gərək Sənan Qurbanov da ona qolunun həmin nahiyəsini göstərsin.

Hamıdan çox maaş alıb, hamıdan az məşq edən legionerə yeni müqavilə təklif eləmək olmaz, komandanın evi birdəfəlik yıxılar.

Abanq ağlında biri 1 gün də düşərgədə saxlanılmamalıdır, cəzasını «belinə yapışdırıb», müqaviləsini vaxtından bir neçə həftə əvvəl birtərəfli qaydada pozmaq vacibdir. Digərlərinə də dərs olsun deyə.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”