Azərbaycan klubunun nə xoş gülCamalına… FOTOREPORTAJ

5 Dekabr 2021 11:20 Şamaxı 1 199
Azərbaycan klubunun nə xoş gülCamalına… FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında XIII tura start verilib.

Sportinfo.az xəbər verir ki, açılış matçında "Keşlə" klubu "Səbail"i qəbul edib.

"ASK Arena"dakı qarşılaşma 2:2 hesablı heç-heçə ilə başa çatıb.

Start fitindən öncə "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları zamanı helikopter qəzasında dünyasını dəyişmiş hərbçilərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Matçın əvvəli "Keşlə" üçün yaxşı alınmayıb. 14-cü dəqiqədə paytaxt klubunun kapitanı İlkin Qırtımov zədələnərək meydanı tərk edib. Onu digər cinah müdafiəçisi Tural Axundov əvəzləyib.

Oyunda hesab ilk hissənin əsas vaxtına əlavə olunmuş 7-ci dəqiqədə açılıb. "Keşlə"nin heyətində Felipe Santos penaltidən fərqlənməklə komandasını önə keçirib.

Sənan Qurbanovun baş məşqçi olduğu kollektiv ikinci yarıya da qolla başlayıb. 46-cı dəqiqədə Anatol Abanq adını tabloya yazdırıb.

Lakin kamerunlu hücumçu 61-ci dəqiqədə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Say üstünlüyündən istifadə edən qonaqlar cəmi 5 dəqiqə sonra Rahid Əmirquliyevin qolu ilə fərqi azaldıblar.

Oyunda son nöqtəni isə əsas vaxta əlavə olunmuş 5-ci dəqiqədə Camal Araqo qoyub.

Bu nəticədən sonra xallarını 11-ə çatdıran "Keşlə" 7-ci pillədə qalıb. "Sumqayıt" isə 10 xalla sonuncu - 8-cidir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"