Qurbanovun unutduğu hücumçu getmək barədə hələ düşünmür

25 Noyabr 2021 23:20 Şamaxı 1 108
Qurbanovun unutduğu hücumçu getmək barədə hələ düşünmür

"Oynamamağımla bağlı yalnız onu deyə bilərəm ki, bu, baş məşqçimizin qərarıdır. Mən də qərara hörmətlə yanaşıram. Oynamağı özüm də çox istəyirəm. İnanıram ki, qarşıdakı turlarda şans qazanacam".

Bunu Sportinfo.az-a açıqlamasında son zamanlar demək olar oynamaq imkanı qazanmayan "Keşlə"nin üzvü Amil Yunanov deyib.

Yunanov az şans qazanmasına rəğmən məşqlərdə böyük əzimlə çalışdığını bildirib: "Amma belə heç bir zədəm, ağrım yoxdur. Hər şey qaydasındadır. Özümü normal formada hiss edirəm. Düzdü, son vaxtlar demək olar oynamıram. Çalışıram məşqlərdəki çalışqanlığımla bu boşluğu aradan qaldırım. Təbii ki, məşqlə oyun bir deyil. Amma ən azından çalışıram maksimum hazır olum ki, şans qazananda çətinlik yaranmasın".

O, düşdüyü hazırkı duruma görə "Keşlə"dən ayrılmaq barədə fikirləşmədiyini sözlərinə əlavə edib: "Keşlə"dən getmək barədə hələ düşünmürəm. Çünki mayın sonuna kimi müqaviləm var. Daha böyük əzimlə çalışaraq, öz şansımı gözləyirəm".

Digər Xəbərlər
Xəbər Lenti