”Yaxın günlərdə iclasımız olacaq, cavabsız suallara aydınlıq gələcək”

14 Noyabr 2021 17:40 Şamaxı 768
”Yaxın günlərdə iclasımız olacaq, cavabsız suallara aydınlıq gələcək”

“Keşlə“nin yeni ildən “Şamaxı” adı altında ev oyunlarını Şamaxıda keçirəcəyini anladıq.

Bəs komanda harda məskunlaşacaq?

Həftəiçi hazırlığı Bakıda keçib, oyun günləri rayona yollanacaq, yoxsa Şamaxıda məskunlaşacaq?

Baş məşqçi Sənan Qurbanov indiki məqamda bu suala cavab verə bilməyəcəyini Sportinfo.az-dan gizlətməyib:

“Tək bu yox, digər məsələlər də müzakirə olunmalıdır. Açığı, bu barədə söhbətimiz olmayıb.

İnşallah, yaxın günlərdə bu və digər suallarla bağlı müzakirələrimiz olacaq və cavabsız suallara aydınlıq gələcək”.

Digər Xəbərlər
Xəbər Lenti