"Açığı, bölgə klubunda oynadığım günlər üçün darıxmışam"

12 Noyabr 2021 21:00 Şamaxı 713
"Açığı, bölgə klubunda oynadığım günlər üçün darıxmışam"

"Bu xəbərə sevindim, axı bölgələrimizə böyük futbol qayıdır.

Şamaxı və ya bir başqa bölgəmiz olsun, fərq etmir. Azərbaycanın hər yeri bizə doğmadır. Xeyirli olsun, inşallah".

Bunu Sportinfo.az-a açıqlamasında "Keşlə"nin yeni mövsümdən Şamaxını təmsil edəcəyinə münasibət bildirən paytaxt klubunun kapitanı İlkin Qırtımov deyib.

Müdafiəçi bölgəyə köç etməyin müsbət cəhətlərini dilə gətirib:

"Biz də öz işimizi görməliyik. Bölgəyə getməyimizin müsbət cəhəti odur ki, oyunlara daha çox azarkeş gəlir. Komandaya hər zaman dəstək olurlar.

Biz də əlimizdən gələn qədər Şamaxını layiqincə təmsil etməyə çalışacağıq".

İlkin karyerasın ən yaxşı vaxtlarını "Simurq"da keçirib. O, uzun müddət doğma Zaqatala təmsilçisinin şərəfini qoruyub.

Qırtımov həmin günlər üçün darıxdığını dilə gətirib: "Açığı, bölgə klubunda oynadığım günlər üçün darıxmışam. Zaqatalada uzun müddət oynadım.

Öz doğma rayonum idi. Bakıdan fərqli olaraq bölgədə camaat oyunlara çox maraq göstərir. Çempionatımız üçün də bu maraqlı olacaq. Digər klublar üçün də fərqlilik yaranmış olar".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"