Azərbaycan klubunda rəhbərlik dəyişir – AFFA ilə razılıq əsasında

11 Noyabr 2021 14:40 Şamaxı 2 085
Azərbaycan klubunda rəhbərlik dəyişir – AFFA ilə razılıq əsasında

“Keşlə“ rəhbərliyində dəyişiklik olacaq.

Sportinfo.az bu barədə AFFA-dan məlumat əldə edib.

Verilən bilgiyə görə, hazırda bununla bağlı müvafiq işlər görülür.

Yenilik klubun Bakıdan Şamaxıya köçürülməsi ilə əlaqədardır.

Redaksiyamıza məlum olub ki, dəyişiklik bu ilin sonuna planlaşdırılıb. Təşkilati məsələlər uzansa, proses gələn ilin yanvar-fevral, ən uzağı isə may-iyun aylarınadək çəkə bilər.

Şamaxı şəhər stadionunun istismarı ilə əlaqədar AFFA və klub arasında müzakirə aparılıb. Bölgələrdə futbolun inkişafına dəstək, stadionun səmərəli və müntəzəm istismarı, azarkeş marağının artırılması məqsədilə “Keşlə”yə “Şamaxı” adı altında eyniadlı şəhəri təmsil etməsi təklif olunub.

Bununla əlaqədar klubun Müşahidə Şurasının iclası keçirilib və AFFA-nın təklifi müzakirə olunaraq müsbət dəyərləndirilib.

Məsələ ilə bağlı hüquqi prosedurlar başa çatdıqdan sonra 2022-ci ildə “Keşlə”nin adının dəyişdirilərək, “Şamaxı” futbol klubu adlandırılması və ev oyunlarını Şamaxı şəhər stadionunda keçirməsi qərara alınıb.

“Şamaxı” FK-nın “Keşlə” Futbol Klubunun hüquqi varisi hesab olunması üçün AFFA və “Keşlə” FK tərəfindən müvafiq qaydada UEFA-ya müraciət olunacaq və yalnız bu məsələ müsbət həllini tapdıqdan sonra müvafiq dəyişikliklər həyata keçiriləcək.

“Keşlə”nin aşağı yaş qruplarından ibarət komandaları və akademiyası 2022-ci ilin sonuna qədər Bakıda fəaliyyətini davam etdirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!