İkili hisslər qarşısında - Sevinəsən, yoxsa dərd çəkəsən?

8 Noyabr 2021 16:00 Şamaxı 472
İkili hisslər qarşısında - Sevinəsən, yoxsa dərd çəkəsən?

Bir ilə yaxındı ölkəmizdə çıxış edən "Keşlə"nin hücumçusu Anatoli Abanq, deyəsən, indi-indi özünə gəlir.

Belə ki, ölkəmizə gəldiyi ilk 10 ayda cəmi 2 qol vuran forvard eyni sayda qolu son bir ayda aktivinə yaza bilib. Özü də nə qollar...

Öncə "Səbail"lə matçda komandasının qələbə qolunu vuran hücumçu, son tur "Neftçi" ilə qarşılaşmada da qələbə qolunun müəllifi olmağı bacardı.

Təkcə vurulan qollar yox, Abanqın meydanda göstərdiyi mübarizə əzmi də indi tam baş başqadı. Əbəs deyil ki, "Neftçi" ilə görüşdən sonra baş məşqçi Sənan Qurabnov onu bir xeyli tərifləmiş və Abanqın son zamanlar bütün yaşam tərzini dəyişdiyini xüsusi vurğulamışdı.

25 yaşlı hücumçunun belə yüksəlişi təbii ki, "Keşlə" adına sevindirici haldı. Vurulan qollar komandaya hava-su kimi vacib xallar qazandırır.

Amma digər yandan da əla performans qışda müqaviləsi başa çatan hücumçunun komandada qalmasını çətinləşdirir.

Paytaxt klubundan ayrılmağı düşünən legioner oyunçunu yalnız yaxşı pul müqabilində "Keşlə" də qalmağa razı salmaq olar. Bu isə elə də asan görünmür.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!