"Bundan sonra hər şey ola bilər" - Sənan Qurbanov

24 Oktyabr 2021 18:30 Şamaxı 776
"Bundan sonra hər şey ola bilər" - Sənan Qurbanov

"Öz meydanımızda məğlub olmaq istəməzdik. Çox bəsit qollar buraxdıq.

Rəqibi analiz etmişdik. Təhlükəli hücumçularının olduğunu bilirdik. Qapımızda bizə yaraşmayan qollar gördük".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Keşlə"nin baş məşqçisi Sənan Qurbanov "Qəbələ"yə evdə 2:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının VIII tur oyunundan sonra mətbuat konfransında deyib.

41 yaşlı mütəxəssis ikinci hissədə rəqib 10 nəfərlə qaldıqdan sonra qol şanslarından yararlana bilmədiklərini söyləyib: "Bu görüşü analiz edib, "Zirə" ilə matça hazır olmalıyıq".

Qurbanov qapıçı Stanislav Namaşkonun aşağı səviyyədə çıxış etdiyini söyləyib: "Aşağı səviyyədə oynadı. 3-cü qolu buraxacağını, elə səhv edəcəyini gözləmirdik.

Hər şey ola bilər. Bütün mövqelərdə rəqabət olmasını istəyərik. Gərək qapıçı özünü toparlasın. Kamal Bayramov təcrübəli qolkiperdir. Növbəti görüşlərdə onu meydanda görə bilərik".

Digər Xəbərlər
Xəbər Lenti