Axundov “Qarabağ”ı başqalarından üstün tutdu, bu xərcə düşməyə razılşadı

19 Oktyabr 2021 17:00 Şamaxı 1 373
Axundov “Qarabağ”ı başqalarından üstün tutdu, bu xərcə düşməyə razılşadı

“Keşlə”nin Müşahidə Şurasının sədri Zaur Axundov komanda üzvlərini mükafatlandırıb.

Klub rəhbəri “Qarabağ”la matçda qeydə alınan bərabərliyə (1:1) görə futbolçulara jest edib.

O, Premyer Liqanın cari mövsümündə qazanılan ilk xal münasibətilə hər futbolçuya 500 manat ödəyib.

Adətən, “Keşlə”də heç-heçəyə görə “ənam” verilmir. Bu istisna yalnız “Qarabağ”la qarşılaşmalara aiddir. Belə görsənir ki, Z.Axundov Ağdam təmsilçisini digər iştirakçıların hamısından üstün tutur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti