"Hər şeyi dərk edirəm, uşaq deyiləm" - Həmkarından Abanqın qayıdışına reaksiya

6 Oktyabr 2021 21:00 Şamaxı 1 365
"Hər şeyi dərk edirəm, uşaq deyiləm" - Həmkarından Abanqın qayıdışına reaksiya

"Komandamız son iki oyunda 4 xal qazanıb. Maşallah olsun. Bu nəticəni səbrli və diqqətli oynayaraq əldə etmişik. Bunun davamını gətirmək lazımdır".

Bu sözləri Sportinfo.az-a açıqlamasında son iki turda uğurlu çıxış edən "Keşlə"nin üzvü Amil Yunanov deyib.

Təcrübəli futbolçu sonuncu dəfə 4-cü tur "Neftçi" ilə oyunda meydanda olub. Yunanov sonrakı turlar şans qazanmamasına belə reaksiya verib:

"Az şans qazanmağımla razıyam. Mən də oynamaq, komandama kömək etmək istəyirəm. Amma bu baş məşqçinin qərarıdır.

Hazırda yaxşı formadayam. İdeal formaya düşmək üçün oyularda meydana çıxmağım lazımdır. Yenə də öz şansımı gözləyirəm".

"Keşlə"nin əsas hücumçusu Anatoli Abanqdır. Əcnəbi futbolçu "Zirə" ilə oyunda aldığı qırmızı vərəqədən sonra baş məşqçi Sənan Qurbanovun qəzəbinə tuş gələrək son 3 turu əvəzedici heyətə göndərilmişdi. Artıq o da əsas komandaya qayıdıb.

Amil "düşünmürsən ki, bu məqam daha çox oynamaq şanslarını bir qədər də azaldır?" sualını isə belə cavablayıb:

"Hər şeyi dərk edirəm, uşaq deyiləm. İndiki məqamda səb edib, özüm üçün daha artıq məşqlər etməliyəm. İnanıram ki, hər şey yaxşı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti