Divizionda qolları sıraladı, Premyer Liqa klubu onu geri qaytardı

5 Oktyabr 2021 17:00 Şamaxı 1 781
Divizionda qolları sıraladı, Premyer Liqa klubu onu geri qaytardı

Anatoli Abanq “Keşlə”nin əsas heyətinə qaytarılıb.

Bu barədə Sportinfo.az-a açıqlamasında komandanın baş məşqçisi Sənan Qurbanov məlumat verib.

Premyer Liqanın üçüncü turunda aldığı qırmızı vərəqəyə görə AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalandırılan 25 yaşlı hücumçu Birinci Divizionun startından bu yana orda top qovurdu. Hətta vurduğu 5 qolla hazırda aşağı dəstənin bombardiridir.

Qurbanov Abanqın etdiyi səhvdən nəticə çıxardığını düşünərək onu yenidən əsas komandaya qaytarıb ki, futbolçu artıq 3 gündür məşqlərdə iştirak edir.

Kamerunlu forvard sentyabrın 11-də “Zirə” ilə baş tutan oyunun 28-ci dəqiqəsində rəqib futbolçuya təcavüzkar davranışa görə qırmızı vərəqə ilə meydandan qovulmuşdu.

Digər Xəbərlər
Xəbər Lenti