"Keşlə": Bir əvvəldə, bir də sonda - FOTOREPORTAJ

3 Oktyabr 2021 09:00 Şamaxı 387
"Keşlə": Bir əvvəldə, bir də sonda - FOTOREPORTAJ

Azərbaycan Premyer Liqasında VI turun növbəti oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Keşlə" "Sabah"ı qəbul edib.

"ASK Arena"dakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Keşlə"nin ilk qolunu 3-cü dəqiqədə Merab Giqauri vurub. 90+5-ci dəqiqədə isə Felipe Santos fərqlənib.

Qalib komanda üç dəfə məcburi əvəzetməyə əl atıb. 28-ci dəqiqədə zədələnən Elçin Mustafayevi Rafael Məhərrəmli əvəzləyib.

42-ci dəqiqədə İlkin Qırtımov eyni səbəbdən yerini Kərim Diniyevə verib. 52-ci dəqiqədə isə hesabı açan Merab Giqauri sıradan çıxıb. Gürcüstanlı oyunçunun əvəzinə meydana Rəhman Hacıyev daxil olub.

İlk qələbəsini qazanan "Keşlə" 4 xalla 7-ci pilləyə yüksəlib. "Sabah" isə 1 xalla sonuncu - 8-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı