Premyer Liqa klubu güzəştə getdi, maaşları yenidən artırdı

1 Oktyabr 2021 10:40 Şamaxı 845
Premyer Liqa klubu güzəştə getdi, maaşları yenidən artırdı

«Keşlə» rəhbərlyi klubun akademiyasında çalışan məşqçi və texniki personalın maaş büdcəsini yenidən müzakirəyə çıxarıb.

Ümumi məsləhətləşmədən sonra onların lehinə qərar verilib.

Son qərara əsasən, burada fəaliyyət göstərən şəxslərin əməkhaqları 150-200 manat civarında artırılıb.

Buna kimi paytaxt təmsilçisində vəziyyət hardasa kritik həddə çatmışdı. Maaş büdcəsi 12 aydan 10 aya endirilmiş, aylar üzrə ödəmələr 30-40 faiz aşağı çəkilmişdi. Nəticədə bir neçə məşqçi «Keşlə»dən ayrılmağı lazım bilmişdi.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"