Premyer Liqa klubu baş məşqçisinə 2 ŞANS VERDİ

25 Sentyabr 2021 11:40 Şamaxı 1 442
Premyer Liqa klubu baş məşqçisinə 2 ŞANS VERDİ

«Keşlə» rəhbərliyi Sənan Qurbanovla yekun mövqeyini ortaya qoyub.

Sportinfo.az-ın məlumatına görə, Premyer Liqanın növbəti 2 turunda da baş məşqçi vəzifəsini yerinə yetirəcək.

Komanda bu gün «Qarabağ»dan növbəti məğlubiyyəti alsa belə (hesabın kiçik və ya böyüklüyü öqəm daşımır), gənc çalışdırıcı işini davam etdirəcək.

Çünki idarəçilər Ağdam klubuna yenilgini indidən qəbul edib və bunu normal qarşılayır.

Qurbanov üçün «olum-qalım» matçı növbəti həftəyə təsadüf edəcək. Yəni, «Sabah»la qarşılaşma hər iki suala aydınlıq gətirəcək.

Digər Xəbərlər
Xəbər Lenti