Baş məşqçi futbolçusu haqda elə ifadə işlətdi ki… "Bazaya gedəndə utanıram"

25 Sentyabr 2021 14:40 Şamaxı 870
Baş məşqçi futbolçusu haqda elə ifadə işlətdi ki… "Bazaya gedəndə utanıram"

"Keşlə"nin baş məşqçisi Sənan Qurbanov komandanın müdafiəçisi Miyusko Boyoviç haqda sərt açıqlama verib.

Sportinfo.az xəbər verir ki, çalışdırıcı moteneqrolu legionerin onun tapşırıqlarını yerinə yetirmədiyini iddia edib.

Bildirib ki, balkanlı arxa xətt oyunçusunun "Neftçi" ilə son matçda (0:3) ehtiyatda qalmasıının başqa səbəbi yoxdur:

"Komanda şəklində hücum etmək istəyirik ki, rəqibə çətinlik yaradaq. Sən futbolçusan, şahmatçı deyilsən. Əli Qurbani, Davit Volkov Boyoviçin yanından qaçdı.

Belə olmaz axı. Məşqdə qaçır, oyunda qaçmır. Videoda göstərirəm ki, sən qaçmadın, rəqib Useyn Bolt oldu.

Bazaya gedəndə utanıram. Evdə də eyni vəziyyətdir. İşimiz həyatımıza da təsir edir. Bütün mövqelərdə sıxıntı var".

Digər Xəbərlər
Xəbər Lenti