Qurbanovu sevindirən xəbər

23 Sentyabr 2021 22:40 Şamaxı 1 557
Qurbanovu sevindirən xəbər

Ardıcıl 4 oyundu məğlubiyyət yaşayan "Keşlə" qarşıdakı tur "Qarabağ"la qarşılaşacaq.

Ağır oyun öncəsi son vaxtlar ancaq üzüntü yaşayan baş məşqçi Sənan Qurbanov bu dəfə Azər Salahlı xəbərinə sevinib.

Belə ki, əsas heyət üzvü sayılan müdafiəçi zədəsini sağaldıb.

Milli komandamızın da üzvü olan oyunçu zədə üzündən son ik turda "Zirə" və "Neftçi"yə qarşı görüşləri buraxmaq məcburiyyətində qalmışdı.

"Ask arena"da keçiriləcək "Keşlə" - "Qarabağ" matçı 25 sentyabr 18:00-da start götürəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti