Qurbanov yenə möhlət istədi – Rəhbərlik nə düşünür?

20 Sentyabr 2021 10:40 Şamaxı 991
Qurbanov yenə möhlət istədi – Rəhbərlik nə düşünür?

Sənan Qurbanovun Keşlənin baş məşqçi postundan uzaqlaşdırılıb-uzaqlaşdırılmayacağı bu gün məlum olacaq.

Klub rəhbərliyi növbəti dəfə onun məsələsini müzakirə etmək üçün bir araya gələcək.

Əslində, 41 yaşlı çalışdırıcı ötən həftəsonu istefaya göndərilməli idi. Doğma meydanda «Zirə»yə 0:2 hesabl məğlubiyyət Qurbanovun sonunu gətirmişdi.

Son anda AFfA-dan gələn növbəti xahiş-minnət zəngi onun bu postdakı «ömrünü» daha bir həftə uzatdı.

İnd isə belə deyək, bııçaq sümüyə dirənib, komanda dibi görünməyən uçuruma yuvarlanmaq üzrədir. Premyer Liqada ardıcıl 4 yenilgi yönətimin baş məşqçiyə bəslədiyi son ümid işığını da sondürüb.

Qurbanov düşdüyü vəziyyətlə barışmır, yenə də şans istəyir. O, ən azı ilk dövrənin axırına kimi möhlət almaq niyyətindədir. Bu arzusunu da vasitəçilərlə klub idarəçilərinə elan edib.

Yuxarı başda əyləşənlərin fikri hələlik 180 dərəcə fərqlidir. Onlar artıq bəzi yerli məşqçilərlə danışıqlara başlayıblar. Böyük ehtimalla, Qurbanovun əvəzləyicisi yenə buradakı həmkarlarından biri olacaq.

Düzdür, mətbuatda müxtəlif əcnəbi mütəxəssislərin adı hallanır. Əsas namizədlərdən biri kimi türkiyəli çalışdırıcı Yüksel Yeşilovanın ismi çəkilir.

“Keşlə”nin Müşahidə Şurasının sədri açıqlamasında onunla maraqlanmadıqlarını bildirib. Lakin iddia olunur ki, Yeşilova ilə bağlı son qərar AFFA ilə danışıqlardan sonra veriləcək.

52 yaşlı Yeşilova kifayət qədər təcrübəli məşqçidi. 2002-ci ildə Rumıniyada karyerasına başlayan Yüksəl bəy daha çox köməkçi kimi fəaliyyət göstərib.

Almaniya və Türkiyənin aşağı liqa klublarında müxtəlif vaxtlarda yardımçı, eləcə də baş məşçqi işləyən bu şəxs Makedoniyada çalışmağa da imkan tapıb.

Bir ara hətta Rusiyada – “Mordoviya” və “Kuban”da görünən mütəxəssis son olaraq Buxarest “Rapid”ində (Rumıniya) işləyib.

Yeşilova Yuri Syomin kimi məşhur mütəxəssisin köməkçisi də olub. O, dünyada 5 məşqçidən biridir ki, 5 dil bilir.

Bu ehtimalın gerçəkləşməsi az inandırıcıdır. Sürf klubun büdcəsinin aşağı olmasına görə.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı